banner
banner

Sağlamlıq

Gecə qıcolmaları. SƏBƏBLƏR

Gecə qıcolmaları.

Gecə qıcolmaları çox yayılmış simptomdur.

Qıcolmalar çox ağrılı ola bilər, insanın yuxusunu poza bilər. Həkimlər tez-tez belə şikayətlər eşidir. Bəzən bu simptom orqanizmdə olan hər hansı pozulmanın əlaməti ola bilər. Əgər belə qıcolmalar sizi uzun müddət ərzində narahat edirsə, mütləq həkimə müraciət edin.

Gecə saatlarında qıcolmalar əsasən ayaqlarda olur. Qıcolma əvvəl baldırlarda başlayır və sonra bütün ayağı boyu yayılır.

Əgər insan gün ərzində əllərlə çox işləyirsə (yazır, kompüterdə işləyir, paltar tikir və s.), bu zaman gecə saatlarında qıcolmalar əllərdə ola bilər.

Ayaqlarda qıcolmaların səbəbləri arasında:

- Əzələ yorğunluğu (müxtəlif səbəblərə görə)

- Yastıpəncəlik

- Gün ərzində çox oturmaq və ya çox ayaq üstə qalmaqla bağlı olan iş fəaliyyəti (satıcılar, müəllimlər, cərrahlar və s.).

Əzələlərin normal fəaliyyəti üçün bəzi minerallar (kalium, kalsium, maqnezium və natrium) lazımdır. Orqanizmdə bu maddələr mübadiləsinin pozulması qıcolmalara səbəb olur. Belə pozulmalar şəkərli diabet zamanı mümkündür. Şəkərli diabet zamanı sidik ifrazı kəskin artır ki, nəticədə minerallar orqanizmdən yuyulur. Bu isə qıcolmalara səbəb olur.

Qalxanvari vəzi fəaliyyəti pozulmaları zamanı da maddələr mübadiləsində ciddi pozulmalar yaranır ki, xəstədə gecə saatlarında qıcolmalar olur.

Natamam qidalanma, balanslaşdırmamış pəhrizlər, aclıq orqanizmdə müxtəlif maddələrin defisitini yaradır. Bu isə qıcolmalara gətirib çıxarda bilər.

Ayaqlarda sinirlərin zədələnməsi qıcolmalara səbəb ola bilər.

Varikoz xəstəliyi gecə qıcolmaların əsas səbəblərindən biridir.

Bəzi dərman preparatların qəbulu da gecə qıcolmalara səbəb ola bilər. Məsələn, arterial təzyiqini salan preparatların əksər hissəsi sidikqovucu təsirə malikdir. Sidiklə birlikdə orqanizm kaliumu da itirir ki, nəticədə bu qıcolmalara səbəb ola bilər.

Hamiləlik zamanı da qadınlar tez-tez gecə qıcolmalardan əziyyət çəkir. Məsələ burasındadır ki, hamiləlik zamanı dölün skeletinin formalaşması üçün ananın orqanizmində kalsium götürülür. Bu isə ana orqanizmində kalsiumun azalmasına və nəticədə qıcolmalara səbəb olur. Bu səbəbdən qadın hamiləlik zamanı kalsiumla zəngin olan məhsulları daha çox qəbul etməlidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.