Türkiyənin Kahramanmaraş vilayətində yeni övlad sahibi olan bir ailə president tərəfindən sevindirilib.
ANS PRESS-in məlumatına görə, Kahramanmaraşda yaşayan Ramazan və Məliha Yıldız cütlüyü bir müddət idi ki, çətin günlər keçirirdi. Hərbi xidmətini yerinə yetirməyən ailə başçısı Ramazan övladı dünyaya gələn ərəfədə vətənin qulluğuna yola düşüb. Həyat yoldaşı hərbi xidmətə gedən Məlihanın üç övladı dünyaya gəlib.
Ailə buna sevinsə də, yaşadıqları şərait heç də ürəkaçan olmayıb. Buna görə də qadın media vasitəsilə həyat şəratinin yaxşı olmadığını bildirib. Ümidsiz şəkildə uşaqlarını necə böyüdəcəyini düşünən anaya gözlənilməz zəng gəlib. Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan gənc anaya gözaydınlığı verib və uşaqları ilə maraqlanacağını söyləyib. Həyəcandan əl-ayağı əsən qadına daha sonra prezidentin özü zəng edib.
Türkiyə prezidenti R.T.Ərdoğan qadına bütün problemlərini həll edəcəyini vəd edib. Çox keçmədən prezidentin tapşırığı ilə İstanbulun Əlibəyköy rayonunda qadına içərisində yeni əşyalar olan ev hədiyyə edilib.
“Yaşadığımız evdə siçanlar gəzirdi. Övladlarımı orada necə saxlayacağımın dərdini çəkirdim. Prezidentimiz və xanımı sayəsində indi övladlarımı daha əmin şəkildə böyüdəcəyəm” – deyə gənc ana sevinc hisslərini bölüşüb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.