"Bu uğurumuzu çox şişirtməyin. Bizim hələ Premyer Liqada "Simurq" və "Neftçi" ilə oyunlarımız var. Həmin matçları fikirləşirik"
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə 1:1 bərabərə qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
R.Sadıqov Avropa Liqasının qrup mərhələsinin son matçında qarşılaşacaqları "İnter"lə oyunöncəsi jurnalistlər və mütəxəssislərə səslənib: "Dnepr"i səfərdə 1:0 hesabı ilə məğlub etdiyimizdə bizi çox təriflədilər. Bu da oyunumuza müəyyən formada təsir göstərdi. Təkrar oyunda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bu səbəbdən jurnalistlər və mütəxəssislərdən istəyim budur ki, bugünkü uğurumuzu şişirtməsinlər".
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.