"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda millimizin qonağı olacaq İtaliya millisi bu gün ölkəmizə gələcək.
“Skuadra Adzurra”nı Bakıya gətirən təyyarənin 20:00 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Komanda üzvləri hava limanından birbaşa qalacaqları otelə yollanacaq.
Oktyabrın 9-da İtaliya millisi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda oyunöncəsi məşqə çıxacaq.
Xatırladaq ki, Azərbaycan - İtaliya görüşü oktyabrın 10-da keçiriləcək və saat 21:00-da start götürəcək
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.