"Avro-2016"nın final mərhələsinə vəsiqə qazanan daha iki komandanın kimliyinə aydınlıq gəlib.
Bunlar Şimali İrlandiya və Portuqaliya yığmalarıdır.
F qrupunun lideri olan Şimali İrlandiya seçmə mərhələnin 9-cu turunda evdə Yunanıstana 3:1 hesabı ilə qalib gəlib. Bununla da, Britaniya təmsilçisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.
İ qrupunda qərarlaşan Portuqaliya yığması öz meydanında Danimarkanı sınağa çəkib. Moutinyonun 66-cı dəqiqədə vurduğu qol portuqallara minimal hesablı qələbə qazandırıb - 1:0. Bu qələbə sayəsində ən yaxın izləyicisini 6 xal qabaqlayan Portuqaliya millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, daha öncə A qrupunda İslandiya və Çexiya, E qrupunda İngiltərə və G qrupunda Avstriya yığmaları gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.