"Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Bolqarıstan - Azərbaycan matçının hakimləri müəyyənləşib.
Sofiya şəhərində keçirilən oyun Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi olacaq Tomaş Boqnara həmyerliləri Peter Beretyan və Qabor Eros köməklik edəcək. Teodoros Georgiu isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 13-də "Vasil Levski" stadionunda keçiriləcək Bolqarıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.