Şimali Koreya lideri Kim Çen İn şəxsi təhlükəsizliyinə rəhbərlik edən kiçik bacısını işdən çıxarıb.
Koreya liderinin bacısı eyni zamanda onun əsas siyasi məsləhətçisi olub. Ölkə başçısı ilə bacısı arasındakı narazılığın bir neçə insidentdən sonra yarandığı deyilir. Bunlardan biri gənclərin olduğu yığıncaqda kütlənin mühafizəni yararaq Kim Çen İna yaxınlaşması, digəri isə kolxozlardan birinə səfər zamanı musiqiçi ansamblının üzvlərindən birinin gitara ilə ehtiyatsız davranması və alətin az qala prezidentin üzünə dəyməsi olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.