banner
banner

Dünya

Suriyada daha bir İran generalı öldürüldü

Suriyada daha bir İran generalı öldürüldü

İslam İnqilabının Müdafiəçiləri Korpusunun  (İİMK) daha bir yüksək rütbəli nümayəndəsi, briqada generalı Hüseyn Həmədani Suriyada öldürülüb.

Bu barədə İİMK-nin rəsmi saytında məlumat verilib.

H.Həmədani Hələb şəhəri yaxınlığında həlak olub. General orada İŞİD-ə qarşı döyüşən Suriya ordusuna məsləhət xidməti göstərirmiş.

H.Həmədani 2005-ci ildə İİMK komandirinin müavini təyin olunmuşdu. O, Suriyada gedən vətəndaş müharibəsi zamanı bu ölkənin hökumətinin hərbi müşaviri kimi çalışıb və əl-Qüds əməliyyatına rəhbərlik edib.

Suriyada bundan əvvəl daha bir İran generalı öldürülüb. Bu, İran İnqilab Qvardiyasının yüksək rütbəli nümayəndəsi, briqada generalı Cabbar Dərasavi idi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.