21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının (AÇ-2017) seçmə mərhələsində 4-cü turun oyuna çıxıb.
Cia.az xəbər verir ki, yığmamız səfərdə Avstriya ilə üz-üzə gəlib. Belə ki, Yaşar Vahabzadənin yetirmələri rəqibə biabırçı hesabla məğlub olub – 0:7. Bildirək ki, ötən ay bu komandalar arasında Bakıda keçirilən oyunda yığmamız 0:2 hesabı ilə uduzmuşdu. Qeyd edək ki, millimiz yeganə qələbəsini səfərdə Farer Adaları üzərində qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.