Ankarada törədilən bugünkü terror aktlarında ölənlərin sayı 30-a çatıb.
Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı son məlumatda bildirilir ki, 126 nəfər də yaralı var.
* * *13:46
Son məlumatlara görə Ankarada dəmiryol vağzalı yaxınlığında partlayışı intiharçı terrorçu törədib.
Onun kimliyi hələlik məlum deyil. Şahidlərin bildirdiyinə görə, bir yox, iki partlayış törədilib. Mitinqə toplaşanlar əvvəlcə partlayışın polisin atdığı səs bombası olduğunu zənn ediblər, lakin onlarla adamın öldüyü və yaralandığı məlum olanda partlayışların terror hücumu olduğu məlum olub. Partlayış dəmir yol vağzalının ərazisində, qatar deposuna yaxın baş verib. Hadisə yerinə çoxsaylı polis maşınları və təcili tibbi yardım maşınları göndərilib.
* * *13:25
Ankarada dəmiryol stansiyasında törədilən iki terror aktı nəticəsində azı 20 nəfər ölüb.
"Doğan" agentliyi xəbər verir ki, partlayış zamanı 100-dən çox adam yaralanıb.
Xatırladaq ki, bu gün Ankaranın Səhiyyə meydanında "Savaşın yerinə, Sülh, Əmək, Demokratiya" şüarı altında mitinq keçiriləcəkdi. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb. Məlumata əsasən, partlayışlar intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.




