banner
banner

İdman

"Avro-2016": final mərhələsinə vəsiqə qazanan 16 yığma

"Avro-2016":

Bu gün keçirilən 8 oyunla "Avro-2016"nın D, F və İ qruplarında seçmə mərhələnin oyunlarına yekun vurulub.

Daha 4 yığma Avropa çempionatının final mərhələsinə adını yazdırıb.

D qrupunda lider Almaniya öz meydanında Gürcüstanı 2:1 hesabı ilə məğlub etməklə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Qrupun digər oyununda evdə İrlandiyanı üstələyən (2:1) Polşa da birbaşa "Avro-2016"nın final mərhələsində oynamaq hüququ əldə edib. 
 
F qrupunda Şimali İrlandiyanın ardından Rumıniya, İ qrupunda isə Portuqaliya ilə yanaşı, "Qarabağ"ın futbolçusu Ansi Aqollinin də şərəfini qoruduğu Albaniya yığması Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

Digər 8 komandanın kimliyinə seçmə mərhələnin son turundan sonra aydınlıq gələcək. Bu 8 komandadan 3-ü seçmə mərhələni 1-2 pillələrdə başa vuracaq yığmalar olacaq. Digər bir komanda isə ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək. Avropa çempionatının final mərhələsinin son 4 iştirakçıları isə noyabr ayında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən 12 komanda bunlardır: Fransa (ev sahibi), İngiltərə, Çexiya, İslandiya, Avstriya, Portuqaliya, Şimali İrlandiya, İspaniya, İsveçrə, İtaliya, Uels, Belçika, Almaniya, Polşa, Rumıniya və Albaniya yığmalarıdır.

Qeyd edək ki, gələn il Fransa keçiriləcək Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.