banner
banner

Sağlamlıq

Nar qabıqlarını tullamayın! - İNANILMAZ FAYDALARI

Nar qabıqlarını tullamayın! -

Nar çox faydalı meyvədir. Bu meyvənin adətən tulladığımız qabıqları da çox faydalı müalicəvi məhsuldur. 

1. Nar qabıqları ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir. Ürək xəstəlikləri zamanı 1 orta ölçüdə olan nar  qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edin, 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal və zəncəfil əlavə etmək olar.

2. Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir - bağırsaqları "yığır", iltihabı azaldır. Nar qabıqlarını çay kimi dəmləyin (1-ci reseptdə göstərilib) və gün ərzində qəbul edin. Belə dəmləməni uşaqlara da vermək olar.

3. Nar qabıqlarının dəmləməsi güclü büzücü təsirə malikdir və bu səbəbdən damaq problemləri zamanı çox yaxşı kömək edir - damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin. Dişdə  iltihab zamanı (flüs), dişin çəkilməsindən sonra nar qabıqlarının dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin və ya dəmləməni ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş olan tərəfdə saxlayın. Diş çəkiləndən sonra qanaxma bəzən kifayət qədər güclü olur. Nar qabıqlarının dəmləməsi qanaxmanın dayandırmağında kömək edir.

Ümumillikdə ağız boşluğunda istənilən iltihab, yara və s. zamanı nar qabıqlarının dəmləməsi çox yaxşı kömək edir.

4. Nar qabıqlarının dəmləməsi qurdqovucu təsirə malikdir.

5. Nar qabıqlarının dəmləməsi öskürək zamanı da yaxşı kömək edir. Dəmləməni 1/3 stəkan olmaqla gün ərzində 3 dəfə ilıq şəkildə için. Dəmləməyə bal əlavə edin.

6. Nar qabıqlarının dəmləməsi qastrit və mədə xorası zamanı da müalicəvi təsi edir - iltihabı azaldır, xora və eroziyaların sağalmasını tezləşdirir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.