banner
banner

İdman

Prosineçki start heyətində 3 dəyişiklik etdi

Prosineçki start heyətində 3 dəyişiklik etdi
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Bolqarıstanla qarşılaşacaq.
ANS PRESS-in məlumatına görə, millimizin bu qarşılaşmaya hansı start heyəti ilə çıxacağı bəlli olub.
Robert Prosineçki İtaliya ilə oyunla müqayisədə 3 dəyişiklik edib. Qırmızı vərəqə alan Bədavi Hüseynovun əvəzində Ruslan Abışov start heyətində yer alıb. Eddi İsrafilovla Arif Daşdəmirovun əvəzində isə Məhəmməd Mirzəbəyovla Elnur Cəfərov ilk dəqiqələrdən meydanda olacaq.
Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Dmitri Nazarov, Ruslan Qurbanov, Elnur Cəfərov. 
 
Millimiz italyanlara 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmada bu heyətlə oynamışdı : Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Eddi İsrafilov, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ruslan Qurbanov.
 
AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan Bolqarıstan qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında iştirak edən komandamızın baş məşqçisi Robert Prosineçki Sofiyada keçiriləcək oyunla bağlı media nümayəndələrinin suallarını cavablayıb.
 
Bolqar həmkarlarımızın da maraq göstərdiyi mətbuat konfransında millimizin baş məşqçisi Prosineçki kifayət qədər sakit görünüb. İtaliya ilə oyundakı yenilgini unutmağa çalışdırdıqlarını bildirən xorvatiyalı mütəxəssis Sofiyaya qələbə dalıyca gəldiklərini gizlətməyib: "Bütün komanda oyuna ciddi hazırlaşıb. İstəyirik ki, yaxşı oyun sərgiləyək və bizi sevindirən nəticə qazanaq. Bolqarıstanın Xorvatiya ilə oyununu izləmişəm. Bilirəm ki, sürətli futbolçuları var. Xüsusən də, gənc futbolçular müdafiədən hücuma sürətlə keçirlər. Hücumda çoxalmağı bacarırlar. Əlimizdən gələni edəcəyik ki, Sofiyadan yaxşı nəticəylə qayıdaq”.
 
- Adətən heyəti açıqlayırsız.
 
- Bəli, bu gün də belə edəcəm. Son oyunla müqayisə heyətdə üç dəyişiklik olacaq: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Dmitri Nazarov, Ruslan Qurbanov, Elnur Cəfərov. Amma bütün kartları açmaq fikrində deyiləm.
 
- Bolqar azarkeşlər oyuna maraq göstərmir. Bu gün cəmi 17 bilet satılıb. Bizə xeyri dəyə bilərmi?
 
- Futbol hər zaman azarkeşlər üçün oynanınır. Azarkeş oyuna baxıb həzz almalıdı. Təəssüflənirəm belə halla üzləşdiyimizə görə. Ümid edirəm ki, azarkeşlər sabah meydanda olacaqlar.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.