banner
banner

Dünya

Putin və Lavrovu təhdid etdilər: “Müharibənin yeni bumu başlayacaq”

Putin və Lavrovu təhdid etdilər:
“Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı təhlükəli nəticələrə gətirib çıxaracaq”.
Bu barədə Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cübeyr və müdafiə naziri Məhəmməd bin Salman Rusiya prezidenti Vladimir Putin və rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib.
“Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirakı müharibənin yeni bumuna gətirib çıxaracaq və müharibəyə bütün dünyadan daha çox döyüşçü cəlb edəcək”, - krallığın baş diplomatı deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən həftə Rusiyanın Suriyadakı əməliyyatına cavab olaraq bu ölkədəki üç müxalifət qruplaşmasına silah yardımını artıracağını açıqlayıb. Söhbət ilk olaraq tank əleyhinə silahlardan söhbət gedir. Ər-Riyad müxalifət silahlılarına “yer-hava” tipli raketlərinin çatdırılmasını da istisna etmir. Səudiyyə tərəfindən silahlandırılacaq qruplaşmalar isə Bəşər Əsədlə vuruşan Fəth Ordusu, Azad Suriya Ordusu və “Cənub cəbhəsi” Ordusudur.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.