Bu gün Türkiyə millisi son savaşına çıxır - hədəf Avro-2016-dır
Bu gün “Avro-2016”nın seçmə mərhələsinə yekun vurulacaq.
Milli komandamızın yer aldığı H qrupundan əlavə A və B qrupunda da oyunlar baş tutacaq.
A qrupunda Türkiyə millisi evdə İslandiyanı qəbul edəcək. Fatih Terimin komandası bu görüşdə qalib gələcəyi təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılmaq şansı qazanacaq.
Hollandiya millisi də evdə Çexiyanı məğlub etməklə bu şansa yiyələnə bilər. Lakin bunun üçün Türkiyə yığması İslandiya ilə oyunda xal itirməlidir. Bu qrupun digər matçında Latviya Qazaxıstanı qəbul edəcək.
B qrupunda Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan iki komanda - Belçika və Uels son matçını evdə keçirəcək. Belçika öz meydanında İsraili, Uels isə Andorranı qəbul edəcək. Bu qrupda əsas mübarizə üçüncü yer uğrunda gedir. Hazırda üçüncü pillədə qərarlaşan Bosniya və Hersoqovina yığması səfərdə Kiprin qonağı olacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.