banner
banner

Dünya

Kürdlər söz verdi: İŞİD-in “paytaxt”ı bir neçə həftəyə alınacaq

Kürdlər söz verdi:

Kürdlər “İslam Dövləti”nin (İŞİD) “paytaxt”ı Rakka şəhərini bir neçə həftə ərzində ələ keçirəcəyinə söz veriblər.

Bu barədə kürd özünümüdafiə dəstəsinin komandanı Sipan Xamo bildirib.

Onun szölərinə görə, hazırda ABŞ-ın başçılıq etdiyi koalisiya ilə əməliyyatın başlanğıc tarixinin uyğunlaşdırılması üçün danışıqlar aparılır.

Qeyd edək ki, oktyabrın 12-də PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-ə yaxınlığı ilə tanınan qruplar “Suriya Demokratik Gücləri” adı altında birləşib. Birləşmiş güc İŞİD-ə qarşı birlikdə vuruşacaq.

YPG (PYD-nin hərbi qanadı) və YPJ (YPG-nin qadınlardan ibarət qrupu), həmçinin Suriya ərəb koalisiyasını təşkil edən “Ceyş əl-Suvar”, “Burkan əl-Firat”, “Əl-Sanadid”, “Əl-Cəzirə” briqadaları və Süryani Hərbi Şurası "Suriya Demokratik Gücləri”ndə təmsil olunacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.