İngiltərə Futbol Federasiyası “Çelsi”nin baş məşqçi Joze Mourinyonu cəzalandırıb. Buna səbəb portuqaliyalı mütəxəssisin son turda “Souzhempton”la oyundan sonra hakimləri təhqir etməsi olub. O, 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra hakimləri qorxaq adlandırıb: “Hakimlər “Çelsi”nin leyhinə qərar verməkdən qorxur. Federasiya istədiyi vaxt məni cəzalandırır, amma digər məşqçilərə qarşı bunu etmirlər”.
Bu açıqlamarına görə, Mourinyonu bir oyunluq cəzalanıb, 50 min funtsterlinq cərimə olunub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.