banner
banner

Dünya

Türkiyədən Rusiyaya jest

Türkiyədən Rusiyaya jest

"Türkiyənin əsas tərəfdaşı Rusiyadır. Biz regionda strateji lider olmağı hədəfləyirik."

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Ümid Yardım deyib.

O, Tatarıstan prezidenti Rüstəm Minnixanovun sədrliyi ilə keçirilən Rusiya-Türkiyə İş Adamları Dərnəyi üzvlərinin iclasında bildirib ki, Rusiyanın əsas strateji tərəfdaşı olan Türkiyə Yaxın Şərq regionunda lider ölkə kimi öz mövqeyini gücləndirir. Biz bu məsələdə Avropa ölkələri ilə deyil, Rusiya ilə münasibətlərə xüsusi önəm veririk.

Onun sözlərinə görə, Türkiyə regionda strateji lider olmağı hədəfləyir. Rusiya ilə münasibətlər bütün sahələrdə çox fəal olmalıdır. Əks halda, bu, çox çətindir. Siyasi məqsədlərə nail olmaq üçün siyasi liderlərdən çox şey asılıdır.

Ü.Yardım Rusiya ilə Türkiyə arasında tarixi və diplomatik əlaqələrin əsrlər boyu mövcud olduğunu söyləyib: "Bu münasibətlər çox güclüdür və bunu pozmaq, yaralamaq mümkün deyil."



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.