banner
banner

Dünya

Planşetləri böyük ekranlı smartfonlar əvəzləyir

Planşetləri böyük ekranlı smartfonlar əvəzləyir

Mobil bazar ekspertlərinin proqnozuna görə, planşetlərə tələbat azalacaq. Səbəb kimi böyük ekranlı smartfonların populyarlığının artması göstərilir.

Bu tendensiya “Apple”ın mobil qurğu sahibləri arasında da müşahidə olunur: “iPhone 6” və “6 Plus” smartfonlarının satışa çıxarılmasından sonra onlar “iPad” planşetlərindən daha az istifadə edirlər.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Pocket” şirkətinin tədqiqatına əsasən, böyük ekranlı smartfonlar planşetləri daha effektiv əvəz edir.

Araşdırma əsasında məlum olub ki, “Apple”ın yeni mobil telefonlarının istehsalınadək “iPhone 5s” sahibləri planşet və smartfondan təxminən bərabər (müvafiq olaraq 55% və 45%) istifadə ediblər.

Bu arada qeyd edək ki, “Android” istifadəçiləri arasında vəziyyət fərqlidir: smartfon və planşetlərdən istifadə vaxtının nisbəti müvafiq olaraq 80% və 20% təşkil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.