Təcili: Türkiyə Suriya ilə sərhəddə hərbi təyyarəni vurdu
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu dəqiqələrdə Suriya ilə sərhəddə “hansı ölkəyə aid olduğu müəyyən edilməyən” təyyarənin vurulub salındığını elan edib.
Baş Qərargah bu gün ölkənin Suriya ilə sərhədində Türkiyənin hava sahəsinə daxil olan, “hansı ölkəyə aid olduğu bilinməyən” təyyarənin təsbit olunduğunu, həmin təyyarənin ekipajına üç dəfə xəbərdarlıq siqnalı verildiyini, lakin buna məhəl qoyulmadığını bildirir.
Nəticədə sərhəd boyu patrul uçuşları həyata keçirən Türkiyənin F-16 təyyarələri təlimat əsasında hərəkət edərək həmin hədəfi vurub.
Qeyd edək ki, Suriya əməliyyatlarında iştirak edən Rusiya təyyarələri tez-tez Türkiyənin hava sahəsinə girir və ya sərhədə yaxın uçaraq Türkiyə təyyarələrini döyüş radarının hədəfinə götürür. Rəsmi Ankara bununla bağlı bir neçə dəfə etiraz bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.