"Monako" "Sent Etyen"dən daha güclüdür" – İlqar Qurbanov
"Qarabağ" oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsində "Monako"nun qonağı olacaq. Ağdam klubunun futbolçusu İlqar Qurbanov oyun öncəsi Qol.Az saytının suallarını cavablandırıb.
- Premyer Liqanın son turunda "Zirə" ilə keçirilən oyun zamanı zədələnərək əvəzlənməli oldun. İndi durumun necədir?
- Hər şey qaydasındadı. Həkimlər bildirdi ki, vaxtında əvəzlənmişəm. Bir qədər də meydanda qalsam, əzələ yırtığı ola bilərdi. Yəqin ki, "Monako" ilə oyuna hazır olacam.
- Bu görüş haqda nə düşünürsən?
- Sözsüz ki, bizi çox çətin oyun gözləyir. Səfərdə oynayacağıq. Rəqibimiz Fransanın nəhəng klublarından biridir. Buna baxmayaraq, yaxşı oyun nümayiş etdirmək istəyirik. Səfərdən xal və ya xallarla qayıtmaq fikrimiz var.
- "Qarabağ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində digər Fransa klubu "Sent Etyen"lə başabaş mübarizə apardı. "Sent Etyen"lə "Monako"nu necə müqayisə edərdin?
- Məncə, bu komandaları müqayisə etmək düzgün olmaz. Fransa çempionatında çıxış edən klublarının hər birinə qarşı oynamaq çətindir. Çünki onlar fiziki cəhətdən çox güclüdürlər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.