Türkiyədə dalandar yaşayış binasının yeddinci mərtəbəsinin pəncərəsindən yıxılan dörd yaşlı qızı xilas edib.
Oxu.Az Doğan informasiya agentliyinə istinadən xəbər verir ki, o, uşağı havada ikən tutub.
Hadisə noyabrın 28-də, Əskişəhərdə baş verib.
Dalandar Şükrü Dəniz evlərdən birinin küçəsini süpürərkən göydən yerə uşaq ayaqqabıları düşüb. O, başını yuxarı qaldıbı və açıq pəncərələrdən birinin qarşısında oyanayan qızı görüb. Uşağın yerə yıxılacağının qaçılmaz olduğunu görən dalandar dərhal vəziyyətə uyğun hərəkət edib:
“O, pəncərədən yapışa bilmədi və mən onu havada tutmağa çalışdım. Qız yıxılandan sonra ağlasa da, huşunu itirməmişdi. Fiziki cəhətdən zərər çəkməsə də, şokda idi, buna görə bir neçə dəqiqə ayağa qalxa bilmədi”.
Zərərçəkmiş xəstəxanaya göndərilib, onun vəziyyəti ağır olub. Bir gündən sonra qızcığazın qohumları onun vəziyyətinin yaxşı olduğunu bildiriblər. Bu gün uşaq xəstəxanadan evə buraxılacaq.
Şükrü Dənizin hərəkəti sosial şəbəkələrdə fəal müzakirə olunur, o, Türkiyədə bir qəhrəmana çevrilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.