banner
banner

Dünya

İraq ordusunda böyük yeyinti

İraq ordusunda böyük yeyinti

İraqda Heydər İbadinin rəhbərliyində qurulan yeni hökumət orduda böyük korrupsiya faktı aşkarlayıb. ANS PRESS-in məlumatına görə, İraq ordusunda ştat cədvəlində adı yazılan, realda isə mövcüd olmayan 50 000 əsgərə maaş verdiyi müəyyənləşib.

Orduda təxminən 4 divizya xəyali əsgər olduğunu bildirən baş nazir ordudakı bu korrupsiyanın qarşısını alacağına söz verib.

Faktla bağlı açıqlama verən ordu rəsmisi isə yeyintinin 2 şəkildə həyata keçirildiyini bildirib.

“Korrupsiya 2 şəkildə baş verib. Misal üçün bir zabitə 5 mühafizəçi verilir. Həmin zabit 2 nəfəri saxlayır, 3 nəfəri evə göndərir. Evə göndərilən 3 əsgərin maaşını isə özü alır. İkinci isə hərbi hissə səviyyəsində olub. Hərbi hissənin komandiri 30-40 əsgəri evə yollayır. Problem budur ki, həmin zabitlər öz mövqelərini qüorumaq üçün özlərindən yuxarıya yüksək məbləğdə rüşvət veriblər”.

Həmin rəsmi bu səbəbdən minlərlə əsgərin qaçdığını və ya öldürüldüyünü, amma bu faktların qeydə alınmadığını bildirib.

Qeyd edək ki, İraq ordusu barədə mübahisələr iyunun 10-da İŞİD qruplaşmasının 800 nəfərlə Mosulu işğal etməsindən sonra başlamışdı. Məlumata görə, bu zaman 30 000 iraqlı hərbçi Amerika modeli zirehli vasitələrdən istifadə etmədən və hətta hərbi formalarını geyinmədən Mosuldan qaçmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.