Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində İŞİD silahlıları ilə kürd qüvvələri arasında döyüşlər ötən gün də davam edib. Zorakılıqlar fonunda Türkiyə sərhədində müşahidə olunan görüntü ölkənin kürd vətəndaşlarını yenidən ayağa qaldırıb.
Həvəskar çəkilmiş görüntülərdə bir mücahidin snayperlə Kobanidəki kürd döyüşçülərə doğru atəş açdığı əks olunub.
Şanlıurfa vilayətinin Suruç rayonunda mindən çox kürd fəal rəsmi Ankaraya qarşı etiraz aksiyası keçirib. Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirdaş Türkiyə hökumətini İŞİD terrorçularına dəstək olmaqda ittiham edib.
“Kürd qüvvələri strateji mövqedə İŞİD-çilərə qarşı əməliyyatlar keçirən zaman gözlənilməz bir hadisə olub. İŞİD Mürşidpınar sərhəd keçid məntəqəsindən istifadə edərək 5 sui-qəsd hücumu həyata keçirib. Baş nazir bunu inkar edir. Lakin bu faktların görüntüləri var. Bu görüntüləri sənədləşdirilmiş şəkildə cənab baş nazirə göndərəcəyik”
Türkiyə hökuməti İŞİD-in ölkə ərazisindən istifadə etməsi iddiaları təkzib edib.
Eyni zamanda, Qaziantep, Şırnaq və Adıyaman vilayətlərində hökumətə qarşı çıxışlar olub. Şırnaqda aşxam saatlarında bir qrup fəal yolları kəsərək nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar. Təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxiləsi sonda tərəflər arasında qarşıdurmalara səbəb olub. Fəallar daş və yanıcı maddələrlə polisə hücum ediblər. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı bir avtomobil yandırılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.