banner
banner

Dünya

Gürcüstan qarışa bilər: Prezident fövqəladə bəyanatla çıxış etdi

Gürcüstan qarışa bilər:
"Konstitusiyanı müdafiə etmək hər bir vətəndaşın, ilk növbədə Gürcüstan hakimiyyətinin borcudur. Təəssüf ki, baş nazirin bugünkü çıxışı gərginliyi azaltmaqdansa, ölkədəki onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırıb".
Gürcüstan KİV-ləri xəbər verir ki, bunu ölkə prezidenti Georgi Merqvelaşvili fövqəladə bəyanatında vurğulayıb.
"Vətəndaş sülhünü qorumaq üçün sərt hərəkətlərdən, emosional davranışlardan çəkinməyə, məhkəməni isə vəziyyəti çətinləşdirəcək tələsik və sərt qərar qəbul etməməyə çağırıram" - G.Merqvelaşvili bəyanatında bildirib.
Qeyd edək ki, dünən Gürcüstan "Vahid Milli Birlik" Hərəkatının (Gürcüstanın keçmiş prezidenti Mixail Saakşvilinin yaratdığı təşkilat) qərargahları dağıdılıb. Müstəqil "Rustavi 2" telekanalına bağlanması ilə bağlı məhkəmə prosesi gedir. TV-nin bağlanmasına etiraz olaraq aksiyalar keçirilir.
Məhkəmə qarşısına toplaşan sakinlər, o cümlədən də müxalif partiyalar, telekanalın bağlanmasının və əmlakına həbs qoyulmasının siyasi motivli olduğunu iddia edir
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.