Azərbaycanın ən güclü bodibildinqçiləri müəyyənləşdi
Oxu.Az xəbər verir ki, dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bodibildinq üzrə Azərbaycan çempionatı keçirilib.
Yarışda Şəki, Gəncə, Naxçıvan və Bakı şəhərlərindən idmançılar mübarizə aparıblar.
+60 çəkidə I yer Teymur Aslanov qismət olub.
Çəkisi +80 kq olan idmançıların yarışında I yeri Yalçın Məmmədov («Bakı Best GYM» klubu) tutub.
+90 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala «Bakı Best GYM» klubun üzvü Vüqar Verdiyev layiq görülüb.
Bu çəkidə çempion adını qazanan, Avropa çempionatının gümüş medalçısı Vüqar Verdiyev, həmçinin yenidən bodibildinq üzrə Azərbaycan çempionatının mütləq çempionu tituluna sahib olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.