UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir.
Bu gün "Qəbələ" Almaniyanın adlı-sanlı "Borussiya" (Dortmund) klubunu qəbul edib.
Alman klubunun oyunçusu Obameyanq 31-ci dəqiqədə "doqquzluğu" dəqiq nişan almaqla hesabı açıb. O, 7 dəqiqə sonra dubl, 72-ci dəqiqədə isə het-trik edib - 0:3.
Son dəqiqələrdə isə "Qəbələ"nin futbolçusu Dodo təsəlli qolunu vurub - 1:3.
Beləliklə, "Borussiya" 3 oyundan 7 xal toplayaraq qrup lideri olub. "Qəbələ" isə 3 oyuna 1 xalla sonuncu pilləni tutur.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.