banner
banner

Dünya

Macar operator “Facebook”u məhkəməyə verəcək

Macar operator “Facebook”u məhkəməyə verəcək
Sentyabrın 8-də polislərin təqibindən qaçan suriyalı qaçqınları badalaq vuraraq, yıxan macarıstanlı operator Petr Laslo “Facebook”u məhkəməyə verəcəyini açıqlayıb.
Bu barədə məlumatı operator yerli qəzetlərdən birinə müsahibəsi zamanı bildirib.
P.Laslo bildirib ki, onu və ailəsini məhkəməsiz ittiham edirlər. O, bu reaksiyaların çoxalmasının səbəbini isə “Facebook” sosial şəbəkəsində görür. 
O, “Facebook hər gün məni ölümlə təhdid edən paylaşımları yayımlayır. Lakin mənim lehimə olan qrupları isə səbəbsiz yerə bağlayır” - deyə vurğulayıb. 
Laslo özünün və ailəsinin ölüm təhdidləri aldıqlarını və Macarıstanda yaşamağa qorxduqlarını qeyd edib.
 
O, ailəsi ilə birlikdə rus dilini öyrənməyə başladıqlarını və uzun müddət yaşamaq üçün Rusiyaya köçmək niyyətində olduqlarını da bildirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.