Bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayır. Görüşdə əsas siyasi deyil, iqtisadi məsələlər müzakirə ediləcək. Putini səfər zamanı 10 nazir müşayiət edəcək.
Dünyanın gündəmində olan səfərdə əsas mövzu enerji məsələsi olacaq. İki ölkənin 2010-cu ildə açıqladığı 100 milyard dolarlıq ticarət dövriyyəsi hədəfini reallaşdırmaq üçün Türkiyəyə gələn Putin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ərdoğan və Putin 2010-cu ildə razılaşdıqları milyarlarla dollarlıq dövriyyənin 2020-ci ilə kimi gerçəkləşməsi üçün nazirlərə tapşırıqlar verəcəklər.
Putinlə görüşdə Türkiyə vətəndaşları üçün bu ölkdədə vizası qala bilmə müddətinin 2 aya kimi uzadılmasını da tələb edəcək.
Putinin səfərindən öncə Ərdoğan "Qazprom"un sədri Aleksey Milleri qəbul edib. Görüşdə Rusiya ilə Türkiyə arasındakı təbi qaz alqı-satqısı ilə bağlı müzakirələr aparılıb.//Anspress
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.