“Meydana 3 xal qazanmaq üçün çıxmışdıq. 90 dəqiqə boyu qələbə üçün mübarizə apardıq. Amma təəssüf ki, sonda iki xal itirdik. Qarşıdakı oyunlarda daha yaxşı çıxış edib, qələbə qazanaraq, itirilən xalların əvəzini çıxmalıyıq”.
Bu sözləri "Qəbələ"nin futbolçusu Elvin Camalov klubun saytına Azərbaycan Premyer Liqasının 9-cu turunda "Zirə" ilə bərabərə qaldıqları oyunu şərh edərkən deyib.
E.Camalov I dövrənin yekunu haqda da danışıb: “Komandamız hazırda turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb. Biz də həmişə ən yaxşı yerlər üçün mübarizə aparmışıq. Məqsədimiz çempionluqdur. Mövsümün böyük hissəsi hələ irəlidədir. Zirvədəki mövqeyimizi sonadək qorumağa çalışacağıq. Bütün oyunlarda var qüvvəmizlə mübarizə aparıb, çempionluq vəzifəsinin öhdəsindən gəlməliyik”.
O, II dövrənin ilk oyunu haqda fikirlərini açıqlayıb. E. Camalov oktyabrın 28-də AZAL-la ev oyununda da 3 xal qazanmalı olduqlarını bildirib: “Artıq oyunun hazırlığına başlamışıq. Bütün komanda özünü tam bu oyuna kökləyib. Bu qarşılaşmada da hədəfimiz 3 xaldır. Doğma azarkeşlərimiz önündə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.