banner
banner

Dünya

Tanışlıq saytını sındırdılar: 20 milyon hesab ələ keçib

Tanışlıq saytını sındırdılar:
Naməlum haker dünyada məşhur olan tanışlıq saytlarından birini sındırıb, yəni saytın məlumat bazasına daxil olub və 20 milyon hesabın parolunu satmaq qərarına gəlib.
Hakerin sındırdığı 20 milyon hesabın yarısından çoxu Rusiyanın, qalanı (təxminən 40 faizi) Avropa İttifaqı ölkələrinin istifadəçilərinə məxsusdur.
Məlumatlarda hakerin hansı saytı sındırdığı açıqlanmır. Hakerin özünü “Ruhlandıran” ləqəbi ilə təqdim etdiyi bildirilir. O, istifadəçilərə parollarını qeydiyyat sistemindən satın almağı təklif edib.
Hakerin hücumuna məruz qalan istifadəçilərin elektron poçt ünvanları ümumilikdə 345 min domendən keçir. Həmin istifadəçilərin 7 milyonu “Hotmail.com”, 2 milyon 500 min nəfəri “Yahoo.com”, 2 milyon 300 min nəfəri “Gmail.com” sisteminin xidmətindən yararlanıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.