banner
banner

Dünya

Araq daşıyan maşın aşdı, bu rus kəndində bir həftədir bayramdır

Araq daşıyan maşın aşdı,

Rusiyada bir həftə öncə 20 min araq şüşəsi olan yük maşınının aşdığı Saratov vilayətinin Maloye Perekopnoye kəndində sona çatmayan bayram davam edir.

Bu barədə rosbalt.ru məlumat yayıb. Xəbərə görə, yerli sakinlər bu “xoş” hadisədən xəbər tutan və onlara qonaq gələn qohumlarını qəbul edirlər.

Xəbər verildiyi kimi, bir həftə öncə M10 federal yolunda araq şüşələri ilə yüklənmiş maşın aşıb. Qəzaya baxmayaraq şüşələrin əksəriyyəti salamat qalıb. Yük maşınının sürücüsü hadisə yerindən qaçıb, yerli sakinlər yükü daşımağa başlayıblar.

O gündən etibarən kənddə gün boyu içki içirlər. Aşmış yük maşını barədə xəbər yayılan kimi Maloye Perekopnoye kəndinə yerli sakinlərin uzaq qohumları və tanışları axışmağa başlayıb

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.