"Borussiya"nın baş məşqçisi Tomas Tuhel Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyun haqda danışıb.
42 yaşlı mütəxəssis "Qəbələ" ilə oyunun komandası üçün önəmli olduğunu bildirib:
"Şalke" ilə derbi oyunu səbirsizliklə gözləyirik. Ancaq bundan öncə Avropa Liqasında "Qəbələ" ilə çox önəmli matçımız var. Bu görüşdə qələbə qazanmaqla qrupdan çıxmağı təmin etmək istəyirik. Bütünlüklə bu oyuna köklənəcəyik".
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Borussiya" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.