Rusiyaya məxsus təyyarədə 217 sərnişinin qəzaya uğramasından sonra ölkə prezidenti Vladimir Putinin “yoxa çıxması” medianın diqqətindən qaçmayıb.
Kremlin saytında prezidentin qəzada ölənlərin ailələlərinə başsağlığı mesajı yer alsa da, gözlənildiyi kimi Putin ölkə vətəndaşları qarşısında rəsmi çıxış etməyib. Hazırda dövlət başçısının harada olması ilə bağlı heç bir məlumat yoxdur.
Sonuncu dəfə dövlət başçısının baş verən faciə ilə bağlı oktyabrın 31-də Kremlin saytında iki mesajı yerləşdirilib.
Prezidentin mətbuat xidmətinin rəhbəri isə bu gün açıqlama verərək Vladimir Putinin aparılan araşdırmalarla bağlı müntəzəm məlumatlandırıldığını bildirib.
Qeyd edək ki, Putin sonuncu dəfə bu ilin martında yoxa çıxmışdı. Yerli mətbuat onun uzun müddət görünməməsi ilə bağlı müxtəlif versiyalar irəli sürmüşdü.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.