“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin IV turunun “Borussiya” (Dortmund, Almaniya) ilə oyununun hazırlıqlarını davam etdirir.
Azərbaycan Premyer Liqasının XI turunun noyabrın 1-də “Kəpəz”lə evdə keçirilən matçdan sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” dünən səhər hazırlıq keçib. Bu gün komanda Qəbələ şəhər stadionunda növbəti məşqinə çıxacaq. Günorta saatlarında isə komanda Qəbələdən Dortmunda yollanacaq. Oyunöncəsi son məşq noyabrın 4-də bu şəhərin BVB stadionunda baş tutacaq.
Xatırladaq ki, "Borussiya" - "Qəbələ" qarşılaşması noyabrın 5-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.