İndoneziyanın sahillərində seysmik fəallıq qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, İndoneziyanın mərkəz və qərb hissələrində iki güclü zəlzələ qeydə alınıb.
Onlardan birinin episentri Moluk dənizinin şimal hissəsində “Rixter” cədvəli üzrə 5,9 bal gücündə olub. Yeraltı təkanların “dağıdıcı” təsirə malik olduğu bildirilir.
Maqnitudası 5,7 bal gücündə olan ikinci zəlzələ isə Sumatra adasının qərb sahilində, Hind okeanının akvatoriyasında qeydə alınıb. Bu zəlzələnin də episentrdə çox güclü olduğu vurğulanır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.