banner
banner

İdman

"Monako" ilə başabaş oynaya bilirik" – Maksim Medvedev

"Monako" ilə başabaş oynaya bilirik" –

"Sabahkı oyunu səbirsizliklə gözləyirik. Son oyunda hiss etdik ki, “Monako” kimi rəqiblə başabaşa mübarizə apara bilirik. Sabah azarkeşlərimizi maraqlı oyun gözləyir".

Bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah qarşılaşacaqları "Monako" ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Rəqibin heyətində Stefan Əl-Şaaravini fərqləndirən Medvedev ona qarşı oynamağın çətin olduğunu bildirib: "Müdafiəçi olaraq rəqibin hücum xəttini qeyd etməliyəm. Əl-Şaaravi ilə üçüncü dəfə qarşılaşacam. Ona qarşı oynamaq çox çətindir. Ancaq biz komanda şəklində oynayırıq. İnanıram ki, komanda yoldaşlarım da məni tək qoymayacaq. Belə futbolçuya qarşı oynamaq mənə də zövq verir".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.

 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.