"Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roys iddialı açıqlamaları ilə diqqət çəkib.
UEFA-nın rəsmi saytına danışan alman fubolçu komandasının Avropa Liqasının finalına yüksələ biləcəyini bildirib:
"Cari mövsüm Avropa Liqasının finalına yüksələ bilərik. Ancaq qrup mərhələsinin oyunlarından sonra daha güclü rəqiblərlə qarşılaşacağıq. Həmin vaxt formada olmaya bilərik. Lakin potensialımız var və turnirin finalına qədər irəliləmək istəyirik".
Qeyd edək ki, "Borussiya" Avropa Liqasının C qrupunda Azərbaycanın "Qəbələ", "Krasnodar" (Rusiya) və PAOK (Yunanıstan) klubları ilə mübarizə aparır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.