banner
banner

Dünya

İngiltərədə dinləmə skandalı - Yeni qanun layihəsi hazırlandı

İngiltərədə dinləmə skandalı -
Türkiyədə də tez-tez gündəmə gələn telefon dinləmələri məsələsi bu günlərdə İngiltərədə də geniş müzakirə mövzusuna çevrilib. 
İngilis hökuməti, kəşfiyyat təşkilatlarının fəaliyyətlərinə nazirliklərdən başqa da nəzarət edəcək bir mexanizm yaratmaq istəyir. 
Məlumatlara görə Türkiyədə İngiltərə ilə müqayisədə telefon dinləmələri təxminən 100 dəfə çoxdur.  
Hazırki qanuna görə MI5, MI6 və GCHQ kimi kəşfiyyat qurumları dinləmə həyata keçirməsi ancaq nazirlərin icazəsi ilə mümkündür. 
 
Məsələn keçən il 2700 icazə ərizəsi daxili işlər, xarici işlər nazirləri və Şimali İrlandiyanın da bir sıra nazirləri tərəfindən imzalanıb.
 
Daxili İşlər naziri Teresa Mey tərəfindən təqdim edilən və alt komitələrdə araşdırılıb gələn ilə yekun variantının alması gözlənilən yeni qanun layihəsinə görə isə hər il həyata keçirilən minlərlə dinləmə müraciəti haqqında qərarı xüsusi təhsilə malik hakimlər verəcək. 
 
Tayms qəzetində dərc olunan məqalədə bildirilir ki, yeni qanuna görə məsələn MI5, bir telefonu dinləmək istədiyi zaman icazə ərizəsi ilə müraciət edəcək. 
 
Daxili işlər naziri, şikayəti araşdırıb imzalayacaq. Hüquqşünaslardan ibarət komitə də daxili işlər nazirinin qərarını qiymətləndirərək tələbin "uyğun", "qeyri-mütənasib" və ya "lazımsız" olduğuna qərar verəcək. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.