banner
banner

İdman

"Kasilyas" Xaviyə çatdı

"Kasilyas" Xaviyə çatdı

Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Makkabi" (Təl-Əviv) ilə keçirilən oyun "Portu"nun qapıçısı İker Kasilyas üçün əlamətdar olub.

"Portu"nun qalib gəldiyi oyun Kasilyasın turnirdə 91-ci qələbəsi olub.

Bununla da, ispaniyalı qolkiper Çempionlar Liqasında ən çox qələbə qazanan futbolçular siyahısında "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Hernandezə çatıb. Hər iki futbolçu bu göstəricidə birinci-ikinci pillələri bölüşdürür. "Real"ın canlı əfsanəsi Raul Qonzales isə 74 qələbə ilə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, dünən səfərdə "Makkabi"nin qonağı olan "Portu" rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.