Şantaj etdiyi iddiası ilə Fransada bir günü polis tərəfindən saxlanılan "Real"ın futbolçusu Kərim Benzema Madridə qayıdıb.
Cia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fransalı hücumçu artıq məşqlərə də başlayıb. Bərpa müddəti davam edən Benzemanın noyabrın 8-i "Sevilya"ya qarşı oynayacağı gözlənilmir.
Qeyd edək ki, Kərim Benzema Fransa millisindəki komanda yoldaşı Matye Valbuenanı intim videosu ilə şantaj etməkdə təqsirli bilinir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.