banner
banner

Dünya

"Bu dövlət çevrilişinə cəhddir”

"Bu dövlət çevrilişinə cəhddir”

“Rustavi 2” teleşirkətinin sabiq rəhbəri məhkəmə qərarına münasibət bildirib

“Tiflis şəhər məhkəməsinin David Dvalini “Rustavi 2” televiziyanın rəhbəri təyin edib. Bu dövlət çevrilişi və hakimiyyətin mənimsənilməsidir”.
ANS PRESS-in məlumatına görə, bu sözləri məhkəmənin qərarı ilə vəzifəsindən azad olunan “Rustavi 2” teleşirkətinin sabiq baş direktoru Nika Qvaramiya deyib. Onun sözlərinə görə, hakimiyyət bu addımları sabiq baş nazir Bidzina İvanişvilinin nəzarəti altında atır.
“İvanişvilinin başçılığı ilə Gürcüstanda hakimiyyət mənimsənilir.Məhkəmədə hakimiyyətin mənimsənilmasında dövlətə kömək edir”,- deyən Qvaramiya əlavə edib ki, hakimiyyət bu qərarı ilə məhkəmə vasitəsi ilə senzuraya əl atır. 
Qvaramiya vurğulayıb ki, müvəqqəti rəhbərlərin gəlişindən sonra da televiziya şirkətinin binasını tərk etmək niyyətində deyil.
Tbilisi Şəhər Məhkəməsi “Rustavi 2” teleşirkətinin işi üzrə qərarını elan edib. Hakim Tamaz Urtmelidzenin qərarına əsasən Kibar Xalvaşın şikayətinin tələblərindən biri – teleşirkətdə olan hissələrinin qaytarılması təmin edilib.
 
Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə, “Rustavi 2″-nin hissələrinin 60%-i biznesmen Kibar Xalvaşa, 40%-i isə onun sahibliyində olan MMC “Panorama”ya qaytarılacaq.
Hakim televiziya kanalının müəllif hüquqlarının qaytarılması və ziyanın ödənilməsi haqqında tələbi təmin etmədi. Kibar Xalvaş ziyanın ödənməsi məqsədi ilə 18 milyon dollar tələb edirdi.
 
Biznesmen Kibar Xalvaş “Rustavi 2″nin hissələrinin qaytarılması tələbi ilə məhkəməyə şikayəti bu ilin avqust ayında daxil etdi və şikayətin təmin edilməsi məqsədi ilə “Rustavi 2”-nin partnyorlarının hissələrinə qadağa tətbiq edilməsini tələb etdi. Onun tələbinə məhkəmə müsbət cavab verdi. Hakim Tamaz Urtmelidze Kibar Xalvaş “Rustavi 2” əleyhinə iş üzrə qərarı oktyabrın 3-də çıxardı. Kibar Xalvaşi iddia edirdi ki, bir neçə il öncə telekanaldakı hissələrindən qanunsuz olaraq məhrum edilib. 
Oktyabrın 29-da Gürcüstanın sabiq prezident Mixail Saakaşvilinin “Rustavi-2” telekanalı barədə səs yazısının yayılmışdı. Audioyazıda Saakaşvilinin telekanalın baş direktoru Nika Qvaramiyaya və Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Qiqa Bokeriyaya məsləhətlər verir.
Saakaşvilinin “Rustavi 2”-nin müdafiəsi barədə şirkət rəhbərliyinə məsləhət verməsi Gürcüstan hökümətini kəskin narahat edir. Hökumət bunu sabiq prezidentin ölkənin daxili işlərininə qarışması kimi qiymətləndirir.
 
“Rustavi 2 ” teleşirkətinin keçmiş baş direktoru Nika Qvaramiya yayılan audioyazıların ona aid olduğunu təsdiqləmir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.