banner
banner

Dünya

İrəvanda gərgin anlar

İrəvanda gərgin anlar

İrəvanda Parlament binası qarşısında aksiya keçirilib.

ANS TV-nin məlumatına görə, “A1+” telekanalında bildirilib ki, aksiya iştirakçıları Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz ediblər. Etiraz edənlərin əksəriyyəti ölkənin müxalifət partiyalarının üzvləri olub.

Aksiyada iştirak edən müxalifət liderlərindən biri “Milli Özünütəyin Birliyi” partiyasının sədri Paruyr Ayrikyan ölkəni Avrasiya İttifaqına sürükləyən insanları ruhi dispanserə yerləşdirməlidirlər deyib.

“Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını ratifikasiya edənlər özlərindən sonra gələcək nəsillərə belə bir ismarış qoyub gedə bilərlər ki, səs verərkən onlar sadəcə “uzunqulaq” olublar. Çünki heç bir normal adam bu sazişin ratifikasiyasına səs verə bilməz”, - deyə Paryur Ayrikyan qeyd edib.

Parlament üzvlərinə ünvanladıqları məktubda aksiya iştirakçıları deputatları Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair razılaşmaya qarşı çıxmağa çağırıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.