ABŞ və Türkiyə liderləri Suriyadakı vəziyyəti müzakirə ediblər.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir. Məlumata əsasən, Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu arasında telefon danışığı olub.
"Liderlər Suriyadakı vəziyyəti müzakirə ediblər, mötədil müxalifətin möhkəmləndirilməsi yolunda səylərin genişləndirilməsi və İŞİD qruplaşmasına təzyiqlərin artırılmasının vacibliyini vurğulayıblar. Prezident Obama həmçinin bəyan edib ki, Türkiyədə PKK terroruna son qoyulmalıdır ”, - məlumatda deyilir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Antalyada noyabrın 15-16-da keçiriləcək G20 (Böyük İyirmilik) sammiti barədə danışılıb. Qeyd edək ki, ABŞ lideri Türkiyədəki zirvə toplantısında iştirak edəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.