banner
banner

Dünya

Obama “Salam, Facebook” dedi…

Obama “Salam, Facebook” dedi…

Noyabrın 9-da ABŞ prezidenti Barack Obama Twitter-dən sonra Facebook-da qeydiyyatdan keçib.

Bundan əvvəl sosial şəbəkədə onun rəsmi səhifəsi vardı. Prezident ilk paylaşımında videomüraciət yayıb: «Salam, Facebook! Nəhayət ki, mənim də öz səhifəm var. Ümid edirəm ki, bura ölkəmizlə bağlı ən vacib məsələlərin müzakirə məkanına çevriləcək».

«Haqqında» (About) bölümündə Obama «Ata, həyat yoldaşı və ABŞ-ın 44-cü prezidenti» yazıb.
Səhifəni bəyənənlərin sayı hər saniyə artır. Onların sayı artıq 1 milyona yaxınlaşır.

Obama-nın paylaşdığı videoya ilk şərhi isə Facebook-un yaradıcısı Mark Zuckerberg yazıb: «Xoş gəlmisiniz, prezident Obama. Facebook-a qatıldığınız üçün çox həyəcanlıyam. İnsanlarla nələr paylaşacağınızı maraqla gözləyirəm».

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.