İspaniya millisi və "Barselona"nın sabiq yarımmüdafiəçisi Xavi Hernandez "Avro-2016"da favorit gördüyü komandaların adlarını açıqlayıb.
Xavi favoritlər sırasında 3 yığmanı fərqləndirib:
"Mənim üç favoritim var. Avropa çempionatının qızıl medallarını İspaniya, Fransa və Almaniya yığmalarından biri qazana bilər. Təbii ki, digər iddialı komandalar da var. Ancaq mən bu üç millini favorit görürəm".
Qeyd edək ki, gələn il Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunları 10 iyun - 10 iyul tarixində keçiriləcək. İlk dəfə olaraq turnirin final mərhələsində 24 komanda iştirak edəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.