banner
banner

İdman

"Qəbələ"dən 7 qələbə

"Qəbələ"dən 7 qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. 
"qırmızı qaralar" ümumilikdə 9 matça çıxıb. 
Bunların yalnız birində uduzub, birində heç-heçəylə kifayətlənən Qəbələ təmsilçiləri 7 qələbə qazanıb. 
U-19 komandası evdə “Sumqayıt”ı 4:1, səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Bu qələbələrdən sonra xal hesabını 13-ə çatdırıb, çempionatın liderləri “Bakı” və “Zirə”yə şərik olan “qırmızı-qaralar” əlavə göstəricilərdə 2-cidir. Komanda növbəti turda ötən mövsümün çempionu “Rəvan”ı qəbul edəcək.
Keçirdiyi 6-ci oyunda da böyükhesablı qələbə qazanan U-17 komandası evdə “Bakı”nı 3 cavabsız qolla məğlub edib. 6 oyundan sonra 18 xalla yarışın lideri olan "Qəbələ" VII turda “Rəvan”ın qonağı olacaq.
5 turdan sonra 15 xalla çempionatın lideri olan U-16 komandası bu gün “Zirə”nin qonağı olacaq.
Ardıcıl 9-cu qələbəsini qazanan U-15 komandası XI turda “Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib. İki oyunu təxirə salınan “Qəbələ” 9 matçda topladığı 27 xalla 2-ci pillədə qərarlaşıb. Yarışın potensial lideri olan komanda növbəti turda “Gəncə TİM”in qonağı olacaq.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 komandası AZAL-la qarşılaşmada 16:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 5 oyundan sonra 13 xalla 1-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Neftçi” ilə görüşəcək. Eyni zonada çıxış edən U-13 “İnter”lə görüşdə 1 xal qazanıb – 1:1. 5 oyunda 11 xal yığan komanda 4-cü pillədə qərarlaşıb. VI turda “Qəbələ” “Əlincə” ilə üz-üzə gələcək.

U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında V turun oyunları keçirilib. Bu turda istirahət edən U-12 komandası 4 oyunda 10 xal toplayaraq 2-ci yerdə qərarlaşıb. Komanda növbəti turda Oğuzun UGİM-ini sınağa çəkəcək. U-11 Liqasında 4-cü qələbəsini qazanan “qırmızı-qaralar” bu dəfə Qəbələnin UGİM-ini məğlub edib – 7:4. 12 xalla çempionatının lideri olan komanda növbəti turda “Daşqın”la görüşəcək. Klubun U-10 komandası Mingəçevir UGİM-ini 4 cavabsız qolla keçib. 5 matçda 15 xal qazanan “qırmızı qaralar” yarışın lideridir. Komandanın növbəti rəqibi Yevlax UGİM-i olacaq. U-19 Qızlar Liqasında debüt mövsümünü keçirən “Qəbələ” 4-cü oyununu “Vətən”-ə qarşı keçirib. 1:6 hesabı ilə uduzan “qırmızı-qaralar” 3 xalla 5-ci pillədə qərarlaşıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.