Kürdlər əməliyyata başladı: 20 minlik əlavə qüvvə əmr gözləyir
Şimali İraq kürd muxtariyyətinin Peşmərgə güçləri Sincar şəhəri və ətraf əraziləri İŞİD terror təşkilatından azad etmək üçün 7500 nəfərlə genişmiqyaslı əməliyyata başlayıb.
Bu barədə kürd muxtariyyətinin lideri Məsud Bərzaninin xarici əlaqələr üzrə müşaviri Hemin Havrami bildirib.
O, strateji əhəmiyyətə malik Sincar ilə Suriyanın Rakka şəhəri arasındakı yolun da peşmərgənin əlinə keçdiyini söyləyib. Kürd muxtariyyətinin Təhlükəsizlik Şurasının “Sincara azadlıq” adını verdiyi əməliyyatda iştirak üçün daha 20 min peşmərgə hazır vəziyyətdə dayanıb.
Peşmərgə gücləri Sincar dağı və ətəyindəki Sincar şəhərinə doğru üç tərəfdən irəliləyir. “Rudaw” saytının məlumatına görə, peşmərgələr əvvəl top və raketlərlə İŞİD-in mövqelərini vurub, daha sonra isə ağır silahlarla irəliləməyə başlayıb.
Peşmərgə güclərinin tərkibindəki xüsusi təyinatlı qüvvələrin komandiri Əziz Veysi say baxımından böyük bir peşmərgə gücünün əməliyyata qatıldığını və heç bir probleminin olmadığını deyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.