Fransa Liqasında 16-cı turun oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk matç günündə 3 görüş keçirilib.
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Lans” səfərdə “Monako” ilə qarşılaşıb. Oyun "Monako"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Lider “Marsel” isə “Loryen”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.
Qeyd edək ki, tura dekabrın 4-ü “Lion” - “Reyms” matçı ilə yekun vurulacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.