banner
banner

İdman

Millimizin kapitanı: "Təəssüf..."

Millimizin kapitanı: "Təəssüf..."

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının kapitanı Bəhlul Mustafazadə Bosniya və Herseqovina yığmasını 1:0 hesabı ilə yendikləri AVRO-2016-nın seçmə matçını dəyərləndirib.

Yeganə qolun müəllifi "CBC Sport"a açıqlamasında elit-raunda vəsiqə qazana bilməmələrinə təəssüfləndiyini söyləyib.

Mustafazadə bildirib ki, Türkiyə və Ukrayna yığmaları arasındakı qrupun digər oyununun nəticəsi onları maraqlandırmayıb: "Bizə 2:0 lazım idi. Bunlardan birini vurmağa müvəffəq olduq. Paralel keçən Türkiyə - Ukrayna görüşünün nəticəsi bizim üçün maraqlı deyildi. Yalnız öz oyunumuzu düşünürdük. Qarşımıza qoyduğumuz məqsədə nail olmasaq da, əlimizdən gələnin ən yaxşısını etdik. Son 2 qarşılaşmada yaxşı təsir bağışladıq. Bu gün 3 əsas oyunçumuz olmasa da, digərləri əllərindən gələni etdilər".

Qeyd edək ki, Azərbaycan yığması qalib gəldiyi Bosniya və Herseqovina ilə birgə 3 xal toplayıb. Hərəyə 6 xalla ilk 2 yeri tutan Türkiyə və Ukrayna milliləri elit-raunda vəsiqə qazanıb 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.